"Sərxan ikinci Roza olmaq istəyir"

"Sərxan ikinci Roza olmaq istəyir"
14:17 24 Dekabr 2018
85 Şou
Ölkə mətbuatı
A- A+

Son günlər sosial şəbəkədə ən çox müzakirə edilən mövzu "Maşın" realiti-şounun iştirakçılarıdır. Milli.Az axşam.az-a istinadən bildirir ki, bir çoxları oyunun 17-ci buraxılışının çox maraqsız olmasından gileylənib. İstifadəçilərin əksəriyyəti "Maşın" tarixində ən maraqsız buraxılış" kimi şərhlərlə oyunu pisləyib. Hətta şou-biznes nümayəndələrinin əksəriyyəti də oyunun maraqsızlığından gileylənib. Bunlar arasında aktrisa Pərvin Abıyeva da yer alıb. "Maşın" şouda müzakirə olunan digər məqam isə aparıcı-aktyor Sərxan Kərəmoğlunun aqressiv davranışlarıdır. Şouda səs-küy yaratmaq istəyən Sərxan bir az irəli gedib. Onun təkcə elə aktyor, vayner Mənsur Şəriflə səsvermədə yarışdığı gün davranışları tənqid edilib. Heç kimə danışmağa imkan verməyən, hətta hamıya qışqıran Sərxan studiyada oturan əl çalan tamaşaçılara da qışqırıb. window._ttzi = 34;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);}; (adsgarden = window.adsgarden || []).push({}); Sosial şəbəkə izləyiciləri Sərxanı "Maşın"ın 16-cı buraxılışındakı davranışları ilə diqqət çəkən müğənni Roza Zərgərli ilə müqayisə ediblər. Onlar Kərəmoğlunun ünvanına "Rozanı bu dəfə Sərxan əvəz edir. Sərxan ikinci Roza olmaq istəyir" kimi şərhlər yazıblar. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/715336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR