YAP Yasamal rayonu partiya təşkilatının iclasında daha 57 nəfərəüzvlük vəsiqələri təqdim olunub -

156 nəfər isə YAP sıralarına qoşulmaq üçün ərizə ilə müraciət edib.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasında mühüm xidmətlər göstərib. YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Partiyanin sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil və Partiya, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib.

Bunu YAP-ın Yasamal rayonu S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

İclas YAP-a üzv olmuş əməkdaşlara partiya vəsiqələrinin təqdim olunması və YAP Yasamal rayonu, Salatın Əsgərova 85 ərazi ilk partiya təşkilatına üzv olmaq üçün ərizələrin qəbulu məsələlərinə həsr olunub.

Nazir müstəqil dövlətimizin qurulması vəmöhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin quruculuğunda Partiyanın xidmətlərindən bəhs edib. S.Babayev regionun ən güclü siyasi təşkilatı olan, cəmiyyətin böyük inam və etimad göstərdiyi YAP-ın bu gün 730 minə yaxın insanı öz sıralarında birləşdirdiyini deyib. Nazir YAP-ın Yasamal rayonu S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının fəaliyyətini qeyd edərək, hazırda ərazi ilk partiya təşkilatında 300-ə yaxın əməkdaşın əhatə olunduğunudeyib. S.Babayev nazirliyin Aparatı, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək MüfəttişliyiXidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üzrə YAP üzvləri olanların sayının isə 5500-dən çox təşkil etdiyini bildirib.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP-ın fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığını vurğulayıb, bu səbəbdən bu Parrtiyanın sıralarına qoşlanların sayının getdikcə artdığını qeyd ediblər.

Sonra nazirliyin Aparatı və struktur bölmələri üzrə YAP-a üzv qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş 57 nəfər əməkdaşa partiyanın üzvlük vəsiqələri təqdim olunub. Həmçinin YAP Yasamal rayonu, Salatın Əsgərova 85 ərazi ilk partiya təşkilatı üzrə47, digər rayonlar üzrə 109 nəfər partiyanın sıralarına qoşulmaq üçün ərizələri qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR