Bakı. Trend:

Liviyanın paytaxtı Tripolidə Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış törədilib.

Trend-in məlumatına görə, partlayışdan sonra silahlı hücum qeydə alınıb.

Hücum edənlərdən biri zərərsizləşdirilib.

Hadisə nəticəsində 3 nəfər həlak olub, yaralıların olduğu deyilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin