H.Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.Milli.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.Aparıcı Eldəniz İsrailov konsert iştirakçılarını salamlayaraq, hərkəsi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.Daha sonra tanınmış müğənni Aynur Dadaşova konsert proqramı ilə çıxış edib. Onun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Həmçinin müğənni Könül Məmmədlinin və "İncəsənət" rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.Sonda iştiakçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.Milli.Az