Ermənistandakı ABŞ səfirliyi

"Ermənistandakı ABŞ səfirliyi 2016-cı ilin aprel ayında gizli dinləmə cihazları əldə edib".

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan öz "Facebook" səhifəsində məlumat paylaşıb.

O, bunu sübut edən müvafiq sənədi də paylaşıb.

"Hələlik nəticələr çıxarmıram, hesab edirəm ki, rəsmi açıqlama olacaq", - deyə o yazıb.

Sənəddə qeyd edilir ki, ABŞ səfirliyi geniş spektrli smartfonlar və müxtəlif əməliyyat cihazları üçün gizli dinləmə sifarişləri verib. Sənədə əsasən bu məhsulların tədarükündə maraqlı olan şirkətlər bu məqsəd üçün ayrılmış xüsusi elektron poçtla müraciət etməli olduqları göstərilir.

Xüsusilə qeyd olunur ki, hər hansı məsələ telefonla müzakirə edilməyəcək. Öz müraciətlərini ingilis dilində elektron poçtla göndərən şirkətlərə üstünlük veriləcəyi qeyd olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR