Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, aparıcı Eldəniz İsrailov konsert iştirakçılarını salamlayaraq, hərkəsi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Daha sonra tanınmış müğənni Aynur Dadaşova konsert proqramı ilə çıxış edib. Onun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Həmçinin müğənni Könül Məmmədlinin və “İncəsənət” rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.

Sonda iştiakçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin