Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.
Mərasimə qatılmaq üçün KXDR-ə içərisində 100 cənubi koreyalı olan qatar gəlib. Onlar arasında nəqliyyat naziri Kim Hyon Mi, birləşmə naziri Ço Myon Qyun və digər rəsmi şəxslər olub.
KXDR nümayəndə heyətini dəmir yolları nazirinin müavini Kim Yun Hyok və Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son Qvon təmsil edib. Tədbirdə BMT, Rusiya, Çin və Monqolustanın nümayəndələri də iştirak ediblər.