Əfqanıstanda prezident seçkiləri üç ay müddətində

Əfqanıstanın Müstəqil Seçki Komissiyası aprelin 20-nə planlaşdırılan prezident seçkilərini üç ay müddətində təxirə salacaq.

Metbuat.az xəbər verir ki, 1TV telekanalı bu barədə seçki komissiyasındakı mənbəyə istinadla məlumat yayıb. Seçkilərin təxirə salınması barədə qərar dekabrın 27-də rəsmən elan olunacaq.

Komissiyanın bu qərarı oktyabr ayında keçirilmiş parlament seçkilərində baş verən texniki və təşkilati problemlərın təkrarlanmaması üçün seçki strukturlarının dəyişdirilməsi ilə bağlıdır. Bundan əlavə, seçkinin təxirə salınması hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında sülh sazişi üzrə danışıqlara hazırlıq fonunda baş verəcək.

Bir qədər əvvəl BMT-nin Əfqanıstana yardım üzrə missiyasının nümayəndəsi Tobi Lanzer təşkilatın seçkilərin vaxtının dəyişdirilməsinə etiraz etməyəcəyini bildirib.

Prezident seçkiləri iştirakçılarının qeydiyyatı prosesi dekabrın 22-də başlasa da, hələlik heç bir mümkün namizəd qeydə alınmaq üçün müraciət etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR