​Nə BMT-dən, nə də onun Təhlükəsizlik Şurasından ədalət gözləməyə dəyməz -

“Nə BMT-dən, nə də onun Təhlükəsizlik Şurasından ədalət gözləməyə dəyməz”.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o bildirib ki, müsəlmanlar qlobal problemlərin həllində iştirak hüququndan məhrum edilib. İslam ölkələri özlərinin gələcəklərilə bağlı müzakirələrdən də kənarlaşdırılıb.

“Nəticədə 1,7 milyard insanlıq İslam dünyası BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında yer almayıb. Bir daha bəyan edirəm, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanın taleyini həll etməməlidir” - deyən Ərdoğan ali qurumda islahatlar aparmağa çağırıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR