“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək. Lakin zaman çərçivəsinə salmaq lazım deyil”.

Metbuat.az-ın yerli mənbələrə istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə çıxışı zamanı belə deyib. Jurnalistin “Münaqişənin 2019-cu ildə həlli mümkündürmü?” sualına cavab olaraq diplomat bildirib ki, Rusiya həmişə problemin tez bir zamanda həllinin tərəfdarı olub və bunun üçün bütün tədbirləri görəcək:

“Münaqişənin tarixi uzundur. Amma Minsk qrupu çərçivəsində vasitəçi qismində, həm də Azərbaycan və Ermənistanla ümumi tarixi, keçmişi olan bir ölkə kimi Rusiya tərəfindən nə asılıdırsa, onu da edəcək”.

Sübhan / METBUAT.az