Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlər bərpa edilməyəcək -

“Türkiyə Azərbaycanın həssaslığını nəzərə almadan Ermənistanla münasibətləri bərpa etməyəcək”.

Metbuat.az-ın “Habertürk” qəzetinə istinadən məlumatına görə, Xarici İşlər naziri Mövlut Çavuşoğlu jurnalistin “Ermənistanla münasibətləri yoluna qoyacaqsızmı” - sualına belə cavab verib. O bildirib ki, Ermənistanın yeni rəhbərliyi ilkin şərt olmadan Türkiyə ilə danışıqlara hazır olduğunu bəyan edib. “Amma bizim ön şərtimiz qətidir” - deyən diplomat sözlərinə belə əlavə edib:

“Doğrudanmı siz düşünürsüz ki, biz Azərbaycanın həssaslığını nəzərə almadan addımlar atacağıq? Münasibətlərin tənzimlənməsi və problemlərin həlli üçün eyni zamanda həm Azərbaycan, həm də Türkiyə ilə birgə addımlar atmaq lazımdır. Qarabağ məsələsini, işğal olunmuş ərazilər məsələsini həll etmək lazımdır”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR