​Rusiya İsrailin Dəməşqə son raket zərbələrini

Rusiya hökuməti İsrailin Dəməşqə son raket zərbələrini təxribat kimi qiymətləndirib.

Metbut.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib ki, İsrailin Hərbi Hava Qüvvələrinin təxribatçı fəaliyyəti 2 sərnişin təyyarəsinə birbaşa təhlükə yaradıb.

Onun sözlərinə görə, İsrail təyyarələri hücumu həyata keçirərkən, Dəməşq və Beyrutun hava limanlarında sərnişin təyyarələri eniş edib. “Facidən qaçmaq üçün isə digər sərnişin təyyarələrinin enişinə məhdudiyyətlər qoyulub” - deyə, Konaşenkov qeyd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR