Həkimlərdən dəhşətli səhv -

ABŞ-ın Nyu-Cersi ştatında həkimlərin səhvi nəticəsində 4 minə qədər xəstənin HİV, Hepatit B və C virusuna yoluxduğu güman edilir.

Metbuat.az-ın Türkiyənin Sabah qəzetinə istinadən xəbərinə görə, məlum olub ki, həkimlər tibbi cihazları düzgün şəkildə təmizləməyiblər. Üstəlik onlar sterilizasiya prosedurlarını da tam həyata keçirməyiblər. Məsələnin üstü xəstəxanada aparılan yoxlamalar zamanı açılıb. Bildirilir ki, son bir neçə ay ərzində tibb ocağına müraciət edən xəstələr müayinə çağrılıb. Məsələ ilə bağlı araşdırmalar başlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR