​Almaniya Avropada yeni nüvə raketlərinin

Almaniya hökuməti Avropada yeni nüvə raketlərinin yerləşdirilməsinə etiraz edir.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Xarici İşlər naziri Hayko Maas bəyan edib ki, Berlin Amerika Birləşmiş Ştatlarına məxsus nüvə başlıqlı orta mənzilli raketlərin köhnə qitədə yerləşdirilməsinin qəti əleyhinədir.

Əgər orta və qısa mənzilli raketlərin ləğvi üzrə anlaşma ləğv edilərsə, Almaniya bu kimi planların əleyhinə çıxacaq: “Avropa silahlanma yarışına səhnə olmamalıdır. 80-ci illərin siyasəti bu günün suallarına cavab tapmağa kömək etməyəcək” - deyə, alman diplomat qeyd edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR