Abşeronda 25 yaşlı gənc təqaüdçü qadına qarşı soyğunçuluq edib.Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Məmmədli kəndində baş verib.Belə ki, kəndə gələn təqaüdçü Aypara Mütəllimova dükanlardan birindən ət almaq istəyərkən naməlum şəxs onun portmanatını götürərək qaçıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı soyğunçuluq cinayətini törədən 25 yaşlı Ruhan Zülfüqarov saxlanılıb.Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.Milli.Az