ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.
Publika.az xəbər verir ki, müğənni sənətə ilk dəfə meyxana deməklə gəldiyini deyib:
“Əvvəldən meyxana ilə məşğul omuşam. İlk başlayanda həm oxuyurdum, həm meyxana deyirdim. Ən birinci bu sənətdən qazanc əldə etdiyim sintezator ifası olub. Məclislərə gedirdim”.
Müğənninin bu açıqlamasından sonra verilişin aparıcısı Elgiz Əkbər, Üzeyir Mehdizadəni sintezator çalmağa dəvət edib.
Sözügedən görüntüləri təqdim edirik: