Qida normalarına görə hazır salatlar hazırlandıqdan 2-3 saat sonra yeyilməli və bitməlidir.Salatlarla bağlı qayda budur: hazır yeməklər, salatlar təkrar olaraq termik hazırlanmadan keçməyəcəksə, o zaman onun realizasiyası cəmi 2-3 saatdır. Ondan sonra ərzaqların sterilliyi itir.Mayonezli, xamalı salatlar, vineqret 2-3 saatdan sonra yeyilirsə, zəhərlənməməkdən qarantın ola bilməz.Kişilər salatı araqla içdiklərinə görə, bəzən spirtli içki intoksikasiyanı bir az yumşaldır. Qadın və uşaqlar araq içmədiyi üçün xüsusən təhlükə altındadır.
Ona görə bayramdan sonra qida zəhərlənmələri üzrə birinci yerdə bu salatlar durur. Salatlarda çox ərzaq, tərəvəz, bişmiş və çiy tərəvəzlər, üstəlik mayonez, konservalar olduğu üçün risk daha çoxdur. Toylarda da ən çox zəhərlənmə salatların payına düşür. Sonra da zəhərlənmə ilə bayram günü xəstəxanaya düşürlər.Salatların sonrakı günlər qızdırılıb, isidilib yeyilməsi ümumiyyətlə yolverilməzdir. Hamilə qadınlar yeni il gecəsi salatlardan ehtiyatlı olsun. Çünki dölə ən çox toksiki təsir edən, bəzən dölü zəhərləyib letal sonluğa aparan məhz paytaxt salatı kimi qidalar olur. Çünki salatların tərkibində olan yumurta digər ərzaqlarla reaksiyaya girərək mədə-bağırsaq sistemini pozur.İnsanlarımız artıq köhnə adəti unutmalı, Yeni il salatlarını az miqdarda hazırlayıb, elə həmin gün yeyib bitirməlidirlər".Milli.Az