Yaponiyada hazırda müşahidə edilən kəskin hava şəraiti hökumət orqanlarının ingilis dilində xəbərdarlıq xidməti yaratmasına səbəb olub.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Milli Turizm Təşkilatı bu məqsədlə www.japan.travel/en/ veb-saytı yaradıb. İstifadəçilər müvafiq məlumatı əldə etmək üçün "Yaponiyada qar şəklində yağıntı" bölməsinə müraciət edə bilərlər.Bununla yanaşı, ingilis, Çin, koreya və yapon dillərində "qaynar xətt"də təşkil edilib. Yaponiya daxilində 050-3816-2787, ölkə xaricindən isə +81-50-3816-2787 telefon nömrəsinə zəng etməklə də müxtəlif regionlarda hava şəraiti ilə bağlı məlumatlar əldə etmək olar.Milli.Az