Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 1 pillə irəliləyib.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 460-cı sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR