Ən QORXUNC SSENARİ, Ermənistan Naxçıvan İSTİQAMƏTİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
18 baxış·7 dəq oxu
Qarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə
qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın
separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım gəlib. ABŞ
“Patriot” raket hücumundan müdafiə sistemlərinin satışı üçün
Türkiyəyə təklif göndərib. ABŞ Prezidenti Donald Tramp ordunun
Suriyadan çıxarılması ilə bağlı açıqlama verib. Səudiyyə Ərəbistanı
jurnalist Camal Qaşıqçının cinayətində şübhəli bilinən 11 nəfərin
mühakiməsinə başlayıb. Vaşinqton casusluqda şübhəli bilinərək
Moskvada saxlanılan ABŞ vətəndaşı Pol Uilanın təcili qaytarılmasını
tələb edəcək.
Azərbaycan Ordusu Qarabağa gedən bütün əsas yolları
nəzarətdə saxlayır. Bu barədə keçmiş erməni
kəşfiyyatçı, hərbi ekspert Vova Vartanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvan istiqamətində uğurlu
əməliyyatlar həyata keçirərək, buna nail oldu: “Ermənistan ordusu
son dövrlər hərbi istiqamətdə heç bir uğur əldə edə bilməyib.
Silahlanma lazımi səviyyədə deyil, ötən il Su-30CM təyyarələrinin
alınacağı haqqınbda xəbərlər yayılsa da, reallıqda heç nə yoxdur.
Mən əvvəldən xəbərdarlıq etmişdim ki, Azərbaycan Qarabağa gedən
yolları nəzarət altına alacaq. Mənə dedilər ki, təşviş yaratma.
Amma nəticədə bu baş verdi və Azərbaycan uğurlu əməliyyatlarla bizi
İranla bağlayan, Qarabağ üçün əsas nəfəslik rolunu oynayan
dövlətlərarası yolu nəzarətə götürdülər. Lakin bu, son deyil”.
V. Vartanov bildirib ki, Azərbaycanın hədəfi Qarabağı xarici
dünyadan tamamilə təcrid etməkdir.
“Buna nail olmaq üçün Azərbaycan Ordusunun növbəti hədəfi
Geqarkunik rayonu olacaq”, - deyə o bildirib.
Yeni İl ərəfəsində Ermənistanın prezidenti Armen
Sarkisyan, eləcə də xarici işlər naziri Zoqrab Mnasakanyan
Naxçıvanla sərhədə baş çəkib. Bu səfərlər Azərbaycan Ordusunun ötən
il Naxçıvan istiqamətində uğurlu əməliyyatları fonunda diqqət
çəkir. Ermənistanda bu əməliyyat gizlədilir. Lakin müxalifət
qrupları Azərbaycan Ordusunun Qarabağa gedən əsas yolları nəzarətə
götürdüyünü etiraf edirlər. Erməni şərhçi Hakop Badalyan
İrəvan rəhbərliyinin Naxçıvanla sərhədə gəlişini 2019-cu ildə
atılacaq əsas addımların işarəsi olduğunu yazıb.
Bu il Ermənistan Naxçıvan istiqamətində... - Badalyan İrəvanın PLANINI AÇDI
Qarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə
qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın
separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım
gəlib.
Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI BAŞLAYIR: Paşinyana qarşı İKİNCİ ADDIM
Ötən həftəsonu Rusiyanın paytaxtı Moskvada keçirilən
zirvədə Türkiyə və Rusiya Suriyada Fəratın şərqində keçirilməsi
planlaşdırılan əməliyyat üçün razılığa gəldi. Bu
haqda “A Haber” kanalı diplomatik mənbələrə istinadən bildirib.
Mənbəyə görə, Türkiyənin narahatlıqlarını qəbul edən Rusiya
Bəşər Əsəd güclərinə “Münbiçə girmə” xəbərdarlığı edib.
Xatırladaq ki, dekabrın 29-da keçirilən zirvə görüşü 1,5 saat
davam edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu,
müdafiə naziri Hulusi Akar və Türkiyə Milli İstihbarat Təşkilatının
(MİT) başçısı Hakan Fidanla rusiyalı həmkarların görüşündə
Suriyadakı proseslər müzakirə edilib.
ABŞ “Patriot” raket hücumundan müdafiə sistemlərinin
satışı üçün Türkiyəyə təklif göndərib. Türkiyə
səlahiyyətlilərindən alınan məlumata görə, ABŞ-dan gələn bir heyət
Ankarada Müdafiə Sənayesi İdarəsi, Xarici İşlər Nazirliyi və Milli
Müdafiə Nazirliyindəki həmkarları ilə danışıqlar aparır.
ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot”
sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə
vermişdi. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket
kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya
ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot”
satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ilin
yekunları ilə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ankara
təxminən 1,5 il əvvəl “Patriot” almaq istədiyimizi məktubla ABŞ-a
çatdırmışdı.
FETÖ istintaqını izləmək üçün FTB rəsmilərinin də
aralarında olduğu ABŞ nümayəndə heyəti Türkiyənin Ədliyyə, Daxili
İşlər və Xarici İşlər nazirliklərinin rəsmiləri ilə görüşmək üçün
Ankaraya səfər edib. Görüş zamanı ABŞ-da aparılan
FETÖ istintaqı və Fətullah Gülənin ekstradisiyası məsələləri
müzakirə ediləcək.
Heyət Türkiyədəki rəsmi təmaslara Ankara məhkəməsindən başlayıb.
Hazırda ABŞ nümayəndə heyətinin Ankara məhkəməsində aparılan FETÖ
ilə bağlı məhkəmə prosesini izlədiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp ordunun Suriyadan
çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə
Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Tramp ABŞ ordusu Suriyadan çıxsa belə, buradakı
kürdləri qorumaq niyyətində olduğunu söyləyib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən
kabinet toplantısında ona ünvanlanan sualları
cavablandırıb.
Tramp SSRİ-nin çöküşünün SƏBƏBİNİ AÇIQLADI: "General olsaydım..."
Yanvarın 15-də İsrailin Baş Qərargah rəisi
vəzifəsini Qadi Eyzenkotdan təhvil alacaq Aviv Koçavi yəhudi
kəşfiyyatına rəhbərlik etdiyi illərdə Suriya Prezidenti Bəşər Əsədi
devirməklə bağlı plan qurub. Bu iddia ilə Səudiyyə
Ərəbistanının “Əlaf” nəşri yəhudi rəsmilərə istinadən yazıb.
Nəşrə məlumat verən İsrail rəsmilərinin sözlərinə görə, Koçavi
Əsədin Livanda Hizbullaha verdiyi dəstək səbəbindən sui-qəsd yolu
ilə devrilməsini təklif edib. O, Əsədin bölgədə İranın mövqelərini
gücləndirməsindən narahatlığını dilə gətirib. İsrail hökuməti isə
“tanıdığımız düşmən tanımadığımızdan yaxşıdır” məntiqi ilə hərəkət
edərək təklifə müsbət yanaşmayıb.
Qeyd edək ki, 1982-ci ildə ordu sıralarına qoşulan Koçavi demək
olar ki, İsrail ordusunun bütün döyüşlərinə rəhbərlik edib. 2010-cu
ilin noyabr ayından 2014-cü ilin sentyabrına kimi hərbi kəşfiyyata
rəhbərlik edib.
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının
cinayətində şübhəli bilinən 11 nəfərin mühakiməsinə
başlayıb. Bu barədə Səudiyyə Ərəbistanının Baş
Prokurorluğundan informasiya yayılıb.
Məlumata görə, Camal Qaşıqçının cinayətində əli olan 5 nəfər
barəsində edam tələb edilib.
Geosiyasət, geostrateq və siyasi risklər üzrə
fransalı mütəxəssis Nikolya Tenzer 2019-cu il üçün dünyanı gözləyən
əsas təhlükə və riskləri açıqlayıb.
2019-cu ildə dünyanı gözləyən 5 TƏHLÜKƏ
ABŞ-ın Müdafiə Nazirliyinin başçısının vəzifələrinin
müvəqqəti icraçısı Patrik Şanaxan hərbi xidmət rəhbərləri ilə
qapalı görüş keçirib. İdarədəki mənbəyə istinadən
“Military.com” portalının məlumatına görə, Şanaxan Çin barəsində
siyasətin Pentaqon üçün prioritet olacağını deyib.
Çin və ABŞ-ın bir-birinə tərəfdaş və ya rəqib olması
onların nəyə can atmalarından asılıdır. Bunu
jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Lu Kan deyib. Onun sözlərinə görə, Çin hər zaman özünün
müdafiə xarakterli hərbi strategiyasına sadiq qalıb.
Vaşinqton casusluqda şübhəli bilinərək Moskvada
saxlanılan ABŞ vətəndaşı Pol Uilanın təcili qaytarılmasını tələb
edəcək. Bu haqda ABŞ Dövlət Departamentinin başçısı
Mayk Pompeo söz verib.
Amerika vətəndaşı 2018-ci il dekabrın 28-də saxlanılıb. Federal
Təhlükəsizlik Xidmətinin (FTX) general-mayoru Aleksandr Mixaylovun
sözlərinə görə, Pol Uilanın tutulması ilə Rusiyada Amerika xüsusi
xidmət orqanlarının ciddi əməliyyatının qarşısı alınıb.
Məlumata əsasən, FTX-nin İstintaq idarəsi ABŞ vətəndaşına qarşı
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 276-cı maddəsi
(casusluq) üzrə cinayət işi açılıb. Bu maddə saxlanlan şəxsin 20
ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur.
“Federal Təhlükəsizlik Xidməti heç vaxt ciddi əsaslarsız xarici
agentləri saxlamır”, - Mixaylov deyib.
ABŞ-ın dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar keçmiş
dəniz piyadaçısının tutulmasına görə Moskvadan izahatları
gözləyir.
ABŞ prezidenti Donald Trampın impiçmenti imkanı hələ
istina edilməyib.
Demokratlar Trampı impiçmentlə HƏDƏLƏDİ: Prezidentin taleyi ondan asılıdır
Ukraynada prezident və parlament seçkisi baş
tutmayana qədər Moskva Kiyevə qarşı partizan müharibəsini davam
etdirəcək. Bunu “Azadlıq” radiosuna müsahibəsində
ABŞ-ın Ukraynadakı eks-səfiri Con Herbst deyib. Onun sözlərinə
görə, Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynadakı seçkidə
rusiyayönlü qüvvələrin qələbə qazanacağına ümid edir:
“O, yanıldığına bir il sonra əmin olacaq. Yəni Radaya keçirilən
seçkidən sonra o, fikrini dəyişib, Rusiyanın Donbasa aqressiyasını
dayandıracaq. Seçkiyə qədər müddətdə onlar Ukraynaya qarşı partizan
müharibəsini davam etdirəcəklər. Moskva seçkidən sonra mövqelərinin
güclü olmadığını görüb geri çəkilə bilər”.
Kerç boğazındakı hadisə Ukraynada hadisələrin
inkişafının təhlükəli ssenarisinə gətirib çıxara
bilər. Bu haqda ABŞ Müdafiə Nazirliyi yanında “Rusiya
bölməsi” siyasi idarəsinin keçmiş rəhbəri, analitik Mark Simakovski
bildirib.
“Güclü qorxu var ki, Rusiya Krıma quru dəhlizi açmağa və
Ukraynada hərbi gücünü artırmağa çalışacaq. Və bu, ən qorxunc
ssenari ola bilər. Kiyev və beynəlxalq cəmiyyət buna hazır
olmalıdır”, - o qeyd edib.
Simakovskinin sözlərinə görə, Rusiya Krımı qorumaq üçün bunda
maraqlıdır.