Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov “O səs Türkiyə”nin qaydalarını pozduğu üçün müsabiqədən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü Xəzərə TV-də yayımlanan “Hər şey daxil” verilişində məlumat verib. O, etiraf edib ki, yarışmadan çıxarılmasına səbəb qaydaları pozması olub.

“Aparıcı Elgiz Əkbər verilişində sual verdi ki, hansı münsif sənin ifanı bəyənib, döndü. Mən də dedim ki, Seda Sayan. Əslində yarışın şərtlərinə görə, heç bir şeyi açıqlamamalı idim. Mən isə bu qaydanı pozdum. Odur ki, “O səs Türkiyə”dən uzaqlaşdırıldım” , - deyə o, qeyd edib.