Nuradan CƏSARƏTLİ FOTOSESSİYA və albom

Nuradan CƏSARƏTLİ FOTOSESSİYA və albom
15:13 11 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Nura Suri yaradıcılıq fəaliyyətinə aktiv şəkildə davam edir.

Publika.az xəbər verir ki, sənətçi 2019-cu ildə ilk fotosessiyasını və dijital platformalarda "Dönmək olmur" adlı albomunu təqdim edib. Ulduz eyniadlı mahnıya çəkdirdiyi klipin fotosessiyasını da izləyicilərin ixtiyarına verib. Surinin yerdən yüksəkdə, həyat üçün təhlükəli qurğuların üstündə verdiyi pozalar isə xüsusi diqqət çəkib.

Qeyd edək ki, sənətçi yaxın günlərdə "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi də təqdim edəcək.

Onu da bildirək ki, müğənni ötən ilin sonlarında “Sevgi romanı”, “Gitme” adlı iki klip və dijital platformalarda “Dəlisiyəm” adlı albomunu təqdim edib. “Dönmək olmur” adlı ekran işi isə “Gitme” adlı klipin davamıdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/265872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR