Bakı. Trend:

Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan bir neçə nəfər kritik vəziyyətdədir. Qəza yerli vaxtla 16:00-da baş verib.

Yayılan videogörüntülərdə avtobusun dayanacağa çırpıldığı görünür. Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım maşını, polis və xilasedicilər cəlb olunub

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin