"Report" xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Qaradağ rayonu ərazisində baş verib. Belə ki, həmin ərazinin Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.
Nəticədə 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.