"Bura mənim evim, ailəmdir”

"Mənim üçün heç nə dəyişməyib. Bura mənim evim, ailəmdir. Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum"

Metbuat.az Ağdam klubunun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın “Astana” komandasından “Qarabağ”a keçən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda deyib.

“Azarkeşlərə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam”, - deyə Almeyda vurğulayıb.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi 2017/18 mövsümünün sonunda Ağdam klubundan ayrılaraq Qazaxıstanın “Astana” klubuna keçmişdi.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR