Qarabağ müharibəsi veteranına qohumunun böyrəyi köçürülüb -

Qarabağ müharibəsi veteranına qohumunun böyrəyi köçürülüb.

Metbuat.az xəbər verir ki, unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzi“Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan tərəfindən həyata keçirilib.

Cərrahın sözlərinə görə, əməliyyatın mürəkkəbliyi resipiyentin artıq çəkidə və patoloji piylənməsinin mövcudluğu ilə bağlı olub. Bundan əlavə, resipiyent və donorda immunoloji uyğunluqda ciddi risklər var idi.

“Konsiliumdan sonra biz böyrəyin köçürülməsinə qərar verdik. Rəşad Şolanın virtuoz cərrahi qabiliyyəti sayəsində bütün anatomik çətinliklərə və immunoloji maneələrə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülmüş böyrək hazırda normal işləyir, resipiyent və donorun vəziyyəti yaxşıdır” – deyə şöbənin nefroloqu Nərgiz Baxşəliyeva məmnunluqla qeyd edib.

Aysel Yaqubqızı / Metbuat.az

Evlənməzdən əvvəl bu müayinədən MÜTLƏQ keçin: İnstitut direktoru


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR