Dünən müğənni Nura Suri paytaxt məkanlarının birində
"Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi təqdim
edib.
Publika.az xəbər verir ki, ifaçının xoş gününə
onun sənət yoldaşları da qatılıb. Xalq artisti Brilliant Dadaşova,
müğənnilər Səidə Sultan, Sevda Yəhyayeva, Vüsal Hacıyev, aparıcılar
Samir Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilist Elnur
Həsənov, vizajist Nigar İbrahimova və digərləri təqdimat mərasiminə
gələrək yeni layihəsi münasibətilə Nura Surini təbrik ediblər.
Media nümayəndələrininin də iştirak etdiyi tədbirdə Suri
bildirib ki, "Dönmək olmur" mahnısına çəkdirdiyi klip "Gitme" adlı
mahnıya çəkilən ekran işinin davamıdır.
Psixopat sevgilisi Nura Surini yataqda boğub öldürdü - FOTO/VİDEO
"Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə
etmişik. Seçilmiş obrazların hər biri mənə aiddir. Ümumilikdə klip
üzərində 30-a yaxın adam çalışıb", - deyə sənətçi bildirib.
Klip psixoloji problemləri olan, daha sonra isə müalicə alaraq
sağalan sevgilisini bağışlaya bilməyən qadının hekayəsindən
danışır. "Sizcə qadınlar hansı kişiləri bağışlaya bilmir" sualına
ulduzun cavabı belə olub:
"Bu suala konkret cavab verə bilməyəcəm. Qadının qarşı tərəfi
bağışlaya bilməməsinin səbəbləri müxtəlifdir. Hər halda ciddi və
böyük problemlərdən sonra münasibətləri əvvəlki kimi davam etdirmək
olmur".
Gənc müğənnilərin ifaları ilə davam edən tədbirdə daha sonra
tort kəsilib. Bu anlar isə əyləncəli görüntülərə səhnə olub.
Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və
aranjimanı isə Fərid Ağaya məxsusdur.