Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.Prokuror Ə.Bünyadovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.İttihama görə, ötən il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub.Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Milli.Az