"Qarabağ” ilk yoxlama oyununda məğlub oldu

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu bu gün ilk yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə üz-üzə gəlib. "Gloria Sports Arena"da keçirilən görüş Qurban Qurbanovun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" "Uypeşt"lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR