Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında bu ali təhsil müəssisəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında təhsil, elm və mədəniyyət sahəsində birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi ADMİU-nun rektoru, professor Fərəh Əliyeva və konservatoriyanın rektoru, professor Siyavuş Kərimi imzalayıblar.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektorlar çıxış edərək əməkdaşlıq müqaviləsinin hər iki universitet arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, tələbə və müəllim mübadiləsinin təhsilə və onun inkişafına, potensial kadrların yetişməsinə və mədəniyyət sahəsinə müsbət təsir göstərəcəyini söyləyiblər.
Tədbirin bədii hissəsində hər iki ali təhsil müəssisəsinin müəllim və tələbələri çıxış ediblər.
