Azərbaycanda güclü küləyin əsməyi nəticəsində Binə ticarət mərkəzində bir nəfər şəxsin üstünə reklam lövhəsi aşıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib.
Bildirilib ki, sözügedən şəxs müştərək travma alıb. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur.
Aysel Yaqubqızı / Metbuat.az