Müğənni Əli Mirəliyev aparıcısı olduğu "Səhər-səhər" verilişində qəribə etiraf edib.Milli.Az oxu.az-a istinadən bildirir ki, o, binanın 9-cu mərtəbəsindən pişiyi yerə buraxdığını bildirib:"Qalxmışam yuxarı, pişiyi 9-cu mərtəbədən buraxmışam yerə. Baxıram, durur, gedir. Heyvansevərlər məni başa düşər ki, kişi düz deyir".Aparıcı Elgiz Əkbər Ə. Mirəliyevin etirafına belə reaksiya verib:"Neçə ildir cinayətkarla veriliş aparıram. Bu adam cinayətkardır, pişiklərə divan tutur. Bu kişi manyakdır".Milli.Az