Bir neçə dəqiqəlik MÜHARİBƏ, 1995-ci il TAKTİKASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
·111 baxış·4 dəq oxu
BMT-nin Baş katibi Elmar Məmmədyarov və Zöhrab
Mnatsakanyan arasında əldə olunmuş razılaşmanı alqışlayıb. Türkiyə
Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da ABŞ-a səfər
edəcək. ABŞ builki Dünya İqtisadi Forumuna qatılmayacaq. ABŞ
Müdafiə Nazirliyi (Pentaqon) kosmosa yeni sistemlər yerləşdirəcək.
İŞİD terror təşkilatı Rusiyanın Maqnitorsk şəhərində baş vermiş
partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
BMT-nin Baş katibi Antonio Quterreş əhalinin sülhə
hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi
barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab
Mnatsakanyan arasında əldə olunmuş razılaşmanı
alqışlayır. Bu haqda BMT-nin Baş katibinin adından
yayılan bəyanatda deyilir.
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan arasındakı razılaşmadan danışdı
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu
fevralın 6-da ABŞ-a səfər edəcək. Bunu jurnalistlərə
açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami
Aksoy deyib.
Çavuşoğlu ABŞ-da İŞİD-lə mübarizə koalisiyasının iclasında
iştirak edəcək.
ABŞ YPG/PKK terrorçularına çox sayda tank əleyhinə
raketlər verməklə Rusiya ordusunun 1995-ci ildə Qroznıda yaşadığı
faciəni Münbiçdə türk ordusunun başına gətirməyi
planlaşdırır. Bu barədə “Yeni Akit” nəşri informasiya
yayıb. Məlumata görə, ABŞ gizli yollarla terrorçulara “Javelin” və
“Tov” tipli raketlər göndərib. Münbiçin bir çox nöqtəsində bu
raketlər türk ordusunun hücum ehtimalına qarşı gizlədilib.
Burada məqsəd isə 1995-ci ildə Qroznıya daxil olarkən Cövhər
Dudayevin rəhbərlik etdiyi çeçen döyüşçülərinin etdiyi kimi, ağır
texnikanı tamamilə məhv etməkdir. Belə ki, sözügedən döyüşdə rus
texnikası (81-ci zirehli alay) və 131-ci Maykop briqadası
çeçenlərin raket, minaatan və digər ağır silahlardan açdığı atəşin
ortasında qalaraq məhv edilmişdi. Türkiyə ordusuna da Münbiçdə
oxşar son hazırlanması üçün tələ qurulub.
Xəbərdə eyni zamanda türk kəşfiyyatının belə bir plana qarşı
mübarizə aparmaq üçün hazırlıqlar gördüyü, Münbiçdə tank əleyhinə
raketlərin gizlədildiyi anbarların axtarışında olduğu qeyd
edilib.
Münbiç əməliyyatının ləngiməsinin əsas səbəbi kimi də elə məhz
bu məqam göstərilir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kosmosa yeni
sistemlər yerləşdirəcək. Bu sistemlər dünya
miqyasında ballistik raketləri təsbit edəcək.
Pentaqon bunu prezident Donald Trampın vəzifəyə keçdikdən dərhal
sonra verdiyi təlimat əsasında hazırlanan Raketdən Müdafiə Analizi
Sənədinə əsasən tətbiq etdiyini bildirib.
Pentaqon Trampın tapşırığını açıqladı: İrana kosmik müharibə elan edildi
ABŞ 2020-ci ilin sonuna qədər kosmosda raketdən
müdafiə sistemlərinin yaradılışını bitirmək
niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ
müdafiə nazirinin müavini Con Rud deyib.
“20-ci illərin əvvəllərində təcrübələr, ortalarında və sonunda
isə sistemin hazırlığını görmək mümkün olacaq.
ABŞ builki Dünya İqtisadi Forumuna
qatılmayacaq. Prezident Donald Tramp federal
hökumətin qapalı olması səbəbilə İsveçrədə baş tutacaq foruma
Amerikan heyətinin səfərini ləğv edib.
Bu barədə Ağ Evin mətbuat katibi Sarah Sanders yazılı açıqlama
verib.
Rusiya ilə müharibə başlayacağı halda, Latviyada
yerləşən hipotetik NATO bazaları bir neçə dəqiqə ərzində məhv
ediləcək. Bu sözləri Latviya Silahlı Qüvvələrinin Baş
Qərargahının Strateji Planlaşdırma Departamentinin keçmiş rəhbəri
Raymond Rublovski deyib.
"Hazırda Latviyada sadəcə NATO-ya aid bir batalyon var.
Qüvvələrin balansı cəhətdən bu, Moskva üçün heç bir təhlükə təşkil
etmir. Ölkənin ərazisində NATO bazasının yerləşməsi isə onun
təhlükəsizliyinə kömək etmir. Belə ki, istənilən halda Latviya
NATO-Rusiya münaqişəsinin əsirinə çevriləcək və hətta müharibə
aparmağa belə vaxtı olmayacaq", - Rublovski bildirib.
İŞİD terror təşkilatı Rusiyanın Maqnitorsk şəhərində
baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə
götürüb. Bu haqda məlumatı TRAC və “SITE Intellegence
Group” monitorinq təşkilatlarının məlumatlarına əsasən “Al-Naba”
portalı yayıb.
Qeyd edək ki, partlayış 2018-ci il dekabrın 31-də onmərtəbəli
binada baş verib. Nəticədə, binanın bir bloku uçub və 39 nəfər
həlak olub. Dağıntıların altından 18 nəfəri xilas etmək mümkün
olub. İstintaq hesab edir ki, təbii qaz sızması partlayışın səbəbi
olub.
Şimali Koreyanın raket əleyhinə müdafiə üzrə Rusiya
texnologiyalarını alması haqqında Pentaqonun bəyanatları
əsassızdır. Bu haqda Rusiyanın Pxenyandakı səfiri
Aleksandr Maseqor bildirib.
“Vaşinqtonda artıq bilmirlər ki, Moskvanı daha nədə ittiham
etmək olar, buna görə də növbəti yalanlar uydururlar. Eyni zamanda,
belə şərəfsiz üsullarla beynəlxalq təhlükəsizlik sahəsində
stabilliyi pozan siyasətinə bəraət qazandırmağa çalışırlar”, -
səfirin bəyanatında deyilir.
Qeyd edək ki, ötən gün ABŞ-ın Müdafiə Nazirliyi raket əleyhinə
müdafiə sahəsində ABŞ-ın siyasətinə dair məruzəni dərc edib.
Moskva Pxenyana raket texnologiyaları ötürüb? – Rusiyadan CAVAB