Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 km-lik yeraltı tunel açılıb - VİDEO

Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 km-lik yeraltı tunel açılıb - VİDEO
22:05 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Honkonqun mərkəzində tikintisi 4,6 milyad dollara başa gələn avtomobil tunelinin açılışı olub.Milli.Az report-a istinadən bildirir ki, tikinti işləri 10 il davam edib.Yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var.Layihənin əsas məqsədi yollardakı sıxlığı azaltmaqdır. KİV-in məlumatına görə, əvvəllər Honkonqa maşınla getmək yarımsaata başa gəlirdisə, indi bu rəqəm 5 dəqiqəyə enib. Yoldan istifadə pulsuzdur.Bundan əlavə, tuneldə havatəmizləyici sistem var. O, hər saat 5,4 milyon kubmetrə qədər havanı süzgəcdən keçirir və zərərli maddələrin 80 faizini kənarlaşdırır.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 km-lik yeraltı tunel açılıb

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR