Qanda olan xolesterol səviyyəsini normallaşdırmaq üçün 2 ay boyunca 10 qr olmaqla çiy şəkildə keçibuynuzu yemək lazımdır.
Həmçinin onu su, süd və ya qatıqla qarışdırıb yemək də yaxşı nəticə verir. Keçibuynuzunda olan suda həll olmayan lif bağırsaq və həzm sisteminin işini qaydaya salaraq qəbizliyin qarşını alır. Bədəndə suyun tutulmasını təmin edən bu bitki bağırsağların peristaltikasını (hərəkətini) artırır. Bəlğəm gətirici xüsusiyyəti var. Bunun sayəsində öskürəyi kəsir. Xəstə olduğunuz vaxt südün içinə keçibuynuzu tozu qataraq içmək müsbət nəticə verəcək.
Keçibuynuzu bəhməzi siqaretin orqanizmə vurduğu zərərləri aradan qaldırır. Bunun üçün hər səhər ac qarına 1 yemək qaşığı keçibuynuzu bəhməzi içib ağciyərlərinizi təmizləyə bilərsiniz.Milli.Az