Kompüter arxasında əyləşənlər, beliniz ağrıyırsa OXUYUN -

Uzun müddət oturaq iş şəraitində işləyən insanlarda bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80 faizi həyatlarında bir dəfə də olsa bel ağrılarından əziyyət çəkir. Bütün yaş qrupları arasında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaş qrupları arasında olur.

Uzman travmatoloq-ortoped Şəhriyar Fətullayev Metbuat.az-a bildirib ki, bel ağrılarının yaşa bağlı səbəbləri müxtəlifdir. Həkimin sözlərinə görə, orta və irəli yaş insanlarda degenerativ onurğa xəstəlikləri və ya fəqərələrarası disk yırtıqları, passiv oynaq problemləri bel ağrılarına gətirib çıxarır. Onurğa deformasiyalarından (skolioz, kifoz) əziyyət çəkən xəstələrdə bel ağrıları tez-tez rast gəlinən şikayətlər arasındadır.

Həkim qeyd edib ki, gündəlik iş şəraitindən asılı olaraq kompüter qarşısında əyləşən insanlarda onurğa çevrəsi, əzələlərin spazmına gətirib çıxarır, bu da bel ağrılarına səbəb olur. Xüsusilə, oturaq iş şəraitində işləyən insanların 1-2 saatdan bir qalxıb idman hərəkətləri etməsi, həftədə 1-2 dəfə üzgüçülüklə məşğul olması, ev şəraitində idmanla məşğul olması məsləhətdir.

Adətən bel ağrıları iki növə ayrılır: Kəskin (akut) - bel ağrısı qəflətən başlayır və maksimum 3 aya kimi davam edir. Xroniki ağrı - uzun müddət ərzində yavaş-yavaş inkişaf edir, 3 aydan çox davam edərək uzun müddətli problemlər yaradır. Əgər ağrılar çoxdursa və artırsa, həkimə müraciət etmək lazımdır.

Bəzən belində, ayağında ağrılar olan insanlar alternativ müalicə metodlarından istifadə edir, kremlərlə ağrının kəsdiyini bildirirlər.

Ş.Fətullayev deyir ki, əgər spazma və ya fəqərələrarası disk yırtığına bağlı ağrılar varsa, dərman maddələri spazmı aradan qaldırmağa kömək edə bilər. Ancaq istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Aysel Yaqubqızı / Metbuat.az

Qardaş bacısına böyrəyini bağışlayıb - SƏHİYYƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR