Xərçəng xəstəsi olan gənc qadın körpəsi üçün canından keçdi

18 Brianna Ravlings adlı gənc qadın 17 həftəlik hamiləykən xərçəng xəstəsi olduğunu öyrənib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, həkimlər gənc qadına müalicə olunması üçün hamiləliyinin sonlandırılmasının vacib olduğunu bildirib. Lakin körpəsinin ölümünə razı olmayan gənc ana bu təklifi rədd edib.

Yüksək hərarət və şiddətli ağrılarla mübarizə aparmaq məcburiyyətində qalan Ravlingsdən körpəsinə infeksiya keçib və körpə 3 ay erkən doğulub.

Kyden adı verilən körpə sadəcə 12 gün yaşaya bilib. Ravlings bu 12 günün həyatının ən gözəl günləri olduğunu bildirib. Amma Ravlingsin də vəziyyəti getdikcə pisləşməyə başlayıb.

Gənc qadının müalicəsi üçün lazım olan dərmanın qiyməti 3 min dollar idi. dərmanın alınması üçün yardımsevər insanlar öz aralarında pul toplayıb. Amma gənc qadın xərçəngə yenilib və həyatını itirib.

Kanser Hastası Kadın, Bebeği İçin Kendi Canını Hiçe Saydı!

Kanser Hastası Kadın, Bebeği İçin Kendi Canını Hiçe Saydı!

Kanser Hastası Kadın, Bebeği İçin Kendi Canını Hiçe Saydı!

Kanser Hastası Kadın, Bebeği İçin Kendi Canını Hiçe Saydı!

https://metbuat.az/news/1114209/bir-proqnozun-arxa...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR