Sistit zamanı bu içkidən için - Olduqca faydalıdır -

Sistit sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirirlər, 10 faizi isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 faizində olur.

Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a sistitin qarşısını alan çox sadə resept təqdim edib.

Həkim bildirib ki, bunun üçün 2 xörək qaşığı üyüdülmüş balqabaq tumu, 2 xörək qaşığı bal və 100 ml isti su lazımdır. Əvvəlcə, balqabaq tumu balla qarışdırılır və üzərinə su əlavə edilir. İçki hazırdır. Bu içkidən sistit, xolesistit, pankreatit zamanı istifadə etmək olar. Soyuqdəymə zamanı hərarəti salır, öskürəyi yumşaldır. Qurdqovucu kimi 2 həftə səhərlər acqarına bir stəkan içmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

Kompüter arxasında əyləşənlər, beliniz ağrıyırsa OXUYUN - Həkim rəyi



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR