Yerli məşhurların maraqlı hobbiləri

Hobbi zaman keçirmək üçün icad olunan boş məşğuliyyət deyil. Hansısa hobbi ilə məşğul olaraq yeni insan tanımaq, imicini yeniləmək, hətta həyatına rəng qatmaq belə mümkündür. Əlbəttə ki, hər kəsin öz dünyası və xarakterinə uyğun hobbiləri var.

Metbuat.az məşhurlarla söhbət apararaq sevdikləri və məşğul olduğu hobbilərini oyrənib.

Röya Ayxanla söhbətimiz zamanı öyrəndik ki, Röya Ayxanın alışqan toplamaq kimi maraqlı bir hobbisi var və artıq çox uzun zamandır buna maraq göstərir.

Fərda Xudaverdiyev isə Metbuat.az-a bunları söyləyib:

“Ən çox vaxt ayırdığım hobbim Elməddin Cəfərovla "Play-Steyşın" oynayıb, oyunda ona qalib gəlməkdir. Əlavə olaraq, mahnı oxumaq da hobbilərim arasındadır və çox sevirəm.”

Roza Zərgərli ən böyük hobbisinin xeyriyyəçilik olduğunu söyləyib:

“Hazırda ən böyük hobbim xeyriyyə işləri ilə məşğul olmaqdır. Düşünürəm bunu etməsəm məndə alınmır. Atçılıqla da məşğul oluram və ən sevdiyim hobbilərim arasındadır.”

Əlavə olaraq xanım müğənni bildirib ki, marka və maqnit toplamaq kimi hobbiləri də var.

Ədalət Şükürovun hobbisi isə çox qeyri-adidir. Onun açar və kilid toplamaq hobbisi var.İllərdir bu hobbisinə sadiq qalan müğənni, artıq çoxlu sayda açar və kilidə sahib olduğunu bildirib.

Nura Suri evdə yemək bişirməyi öz hobbisi halına gətirib. Eyni zamanda kitab oxuyub, film izləmək də onun hobbiləri arasındadır.

Murad Arif üçün zövq aldığı və boş zamanlarında sevərək məşğul olduğu hobbisi film izləməkdir. O düşünür ki, boş vaxtı film izləyərək daha xoş keçir.

Sevinc Kərimova/Metbuat.az

İrəm Dəricinin yeni imici şok etdi - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR