ABŞ-da yaşayan Ramiz Yunus (Arif Yunusun qardaşı, Leyla
Yunusun qaynı) Feysbuk səhifəsində Mehman Hüseynovun Prezident
İlham Əliyevə müraciətini və dövlət başçısının tapşırığına əsasən
açılan cinayət işinin araşdırılaraq, xitam verilməsini
“özünəməxsus” formada şərh edib. O iddia edir ki, “hakimiyyət bu
addımı Milli Şuranın kütləvi mitinqindən çəkindiyi üçün atdı”.
Ardınca R. Yunus “Dağlıq Qarabağ da daxil olmaqla bir çox
problemimiz Azərbaycanın demokratikləşməsindən keçir” deyə
bildirib.
Milli Şuranın 2800 nəfərlik mitinqi fonunda R.Yunusun iddiasının nə
qədər gülünc olduğu aydın görünür. Lakin bu şəxsin “Dağlıq Qarabağ
da daxil olmaqla bir çox problemimiz Azərbaycanın
demokratikləşməsindən keçir” iddiasında nə qədər səmimi olduğu,
əslində “bir çox problemimiz” dedikdə nəyi, hansı ölkəni nəzərdə
tutduğunu araşdırmaq zərurəti var.
Azərbaycan beynəlxalq cəmiyyətin subyekti kimi demokratik
prinsiplərə əməl edən, bütün azadlıqların konstitusiya ilə
qorunduğu ölkədir. Lakin zaman-zaman Qərbdən “demokratikləşmə”
iddiaları irəli sürülür ki, bunun arxasında adətən erməni
lobbisinin başı görünür. Azərbaycan hakimiyyətinə qarşı edilən bu
hücumların bir məqsədi var: Qarabağda təslimçi sülhə məcbur
etmək!
2016-cı il “aprel müharibəsi”ndə məğlubiyyətə uğrayan Ermənistanda
edilən çağırışlar da bunu bir daha təsdiq etdi.
FAKT: “Armenianreport” saytı, 2016-cı il 19 aprel
tarixi: “Zərbə arxasınca zərbə: indi də ABŞ-dan”
adlı məqalə.
“Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat şəkildə
silah alaraq ordusunu gücləndirdi. Amma bizim hakimiyyətimiz buna
qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdular. Ermənistanda
hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini
diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı
demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və
rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki,
Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o
sanksiyalar?! Onlar yoxdur”, – deyə sayt yazırdı.
Bu məqalədən bir müddət öncə Azərbaycana qarşı Kristofer Smitin
irəli sürdüyü sanksiya kampaniyası da məhz “Qarabağda təslimçi
sülhə məcbur etmək” planının bir parçası idi.
Azərbaycan hakimiyyətinə qarşı demokratiya üzərindən hücum
etmək və təslim olmağa məcbur etmək. Təsadüfi deyil ki,
erməni diasporu/lobbisi adətən dövlətin əsas marağı olan ərazi
bütövlüyündə heç vaxt heç kimə güzəştə getməyən Azərbaycan
Prezidenti İlham Əliyevi hədəfə alır.
Və Ramiz Yunusun da Azərbaycan hakimiyyətinə hücum etməsinə və
“demokratikləşmə” çağırışlarına hansısa müxalifətçinin istəkləri
kontekstində baxmaq doğru olmaz. Çünki o, məhz azərbaycanlı adı
altında gizlənən erməni olaraq bu gün ABŞ-da erməni diasporunun
aktiv üzvü kimi iştirak edir və onun “demokratikləşmə” çağırışı da
ermənilərin “təslimçi sülh” xəyallarının məhsuludur.
“Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca
dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.
Ramiz Yunusun, ümumiyyətlə Yunusların Azərbaycana qarşı gizlin
fəaliyyəti məşhur rus diplomat Qriboyedovun ermənilər haqda dediyi
bu sözləri yada salır.
FAKTLAR: Leyla Yunusun həyat yoldaşı Arif Yunus və
onun qardaşı Ramiz Yunusun anasının erməni olması haqda indiyə
qədər bir sıra faktlar ortaya çıxıb. Söhbət Leyla Yunusun qaynanası
və Yunusların anası olan Yunusova (Barseqyan) Arsalyus Arsenovadan
gedir. Sosial şəbəkələrdə “Afig Huseynov” adlı
profildə yayımlanan faktlar Yunusların erməni analarını necə
azərbaycanlılaşdırdığını ortaya çıxarır. Profilin sahibi Afiq
Hüseynov 1988-ci il hadisələri dövründə Ramiz Yunusla eyni idarədə
çalışırmış.
Afiq Hüseynov yazır: Arif və Ramiz Yunusların
atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda
anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov
erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus
Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz
kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda
yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi
başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan
sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova
oldu. Onlara bu işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma
dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan
arvadının dayısı isə Moskvada DTK-da yüksək vəzifə tuturmuş.
Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə baş
tutur.
Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal
altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu
1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara
görə, Arif və Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna
qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın
oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella
hazırda Şuşada yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və
Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb.
Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı
deyilir.
Afiq Hüseynov deyir ki, 1988-ci illərdə azərbaycanlılar ermənilər
tərəfindən doğma torpaqlarından qovulanda Yunuslar ermənilərə açıq
dəstək verirdi.
“O vaxt mən Geologiya Komitəsində (indiki Ekologiya və
Təbii Sərvətlər Nazirliyi) Ramiz Yunus isə Hidrogeologiya
idarəsində işləyirdi. Şahmat üzrə dünya çempionu Kasparov Bakıda
yaşayarkən Ramiz Yunus özünü onun komandasına soxmağı bacarmışdı və
hər yerdə onu müşayiət edirdi. 1988-ci il hadisələri başlayanda
Ramiz Yunus Hidrogeologiya idarəsində erməni dilində danışaraq,
azərbaycanlıları təhqir edirdi”, – deyə o xatırlayır.
1988-ci illərin hadisələrinin davamı olaraq Qarabağda müharibə
başladı və ermənilər Azərbaycan torpaqlarını işğal etdi. Bu
hadisələr SSRİ-nin dağılma ərəfəsində yaşanırdı, “qırmızıların
imperiyası” dağılandan sonra Azərbaycan Xalq Cəbhəsi hökuməti
quruldu. Və Yunuslar yüksək postlarda qərarlaşdı.
Arif Yunus: Azərbaycan Prezident Aparatının
(indiki Prezident Administrasiyası-red) informasiya-analitik
şöbəsinin müdiri (1992-93-cü illər).
Leyla Yunus: Azərbaycan Müdafiə Nazirliyinin
informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər).
Ramiz Yunus: Nazirlər Kabinetinin işlər idarəsinin
müdir müavini, daha sonra Milli Məclisin işlər idarəsinin müdiri
(1992-93-cü illər).
Yunuslar AXC dövründə dövlətin ən mühüm sahəsi olan informasiya
sektorunda əsas söz sahibi idi. Xüsusilə Prezident Aparatının və
Müdafiə Nazirliyinin bütün informasiyaları onların əlindən keçirdi.
Əslində Qarabağ müharibəsində Leyla Yunusun Müdafiə Nazirliyinin
məxfi məlumatlarını ermənilərə sızdırdığına dair informasiyalar da
mövcuddur.
Afiq Hüseynovun Ramiz Yunus haqda dedikləri bu kontekstdə
diqqət çəkir: “Xalq Cəbhəsi hakimiyyətə gələn kimi Ramiz
Yunus Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini təyin
edildi. Biz etiraz edəndən sonra onu vəzifəsindən azad etdilər.
Lakin İsa Qəmbər onu Milli Məclisin işlər idarəsinin müdiri təyin
etdi. Ramiz Yunusun Milli Məclisin stenoqramlarının İrəvandakı
dayısına göndərdiyindən əmin idik. Yenidən etiraz etsək də, heç bir
nəticəsi olmadı”.
… 1990-cı ilin 20 yanvarında sovet qoşunu Bakıya girdi və bu gün
Şəhidlər Xiyabanında yatan insanları amansızlıqla qətlə yetirdi.
Azərbaycan xalqı şəhidlərini torpağa verəndən sonra ölkədə matəm
başladı. Matəm başa çatmamış – 1990-cı ilin sentyabrında Tofiq
Bəhramov adına stadionda rus müğənnilərin böyük konserti təşkil
olunur. Bütün etirazlara baxmayaraq, Ramiz Yunusun təşkilatçılığı
ilə keçirilən konsert baş tutur. Və Ramiz Yunus konsertdən əldə
etdiyi gəlirin 1 milyon rublunu müxalifət liderlərinə – AXC
hökumətini quranlar nəzərdə tutulur – verir. Bu, həm də Yunusların
AXC hökumətində informasiya kimi mühüm sektorları ələ keçirməsinin
zəmanəti idi. AXC hökuməti tarixin arxivinə getdi, lakin bu,
Yunusların hədəflərindən əl çəkdiyi demək deyildi.
Sonrakı dövrdə Ramiz Yunus ABŞ-a mühacirət etdi və onun
“mən erməniyəm, Azərbaycanda yaşamaq həyatım üçün
təhlükəlidir” iddiası ilə okeanın o tayından sığınacaq
aldığı da şübhəsizdir. Arif və Leyla Yunus isə Azərbaycanda “insan
haqları və demokratiya uğrunda mübarizə”yə başlayır. Onların bütün
fəaliyyətini incələyəndə bu mübarizənin əsas mahiyyəti aydınlaşır:
Azərbaycan hakimiyyətinə bütün cəbhələrdən təzyiq etmək və
Qarabağda təslimçi sülhə məcbur etmək.
Buradan da aydın olur ki, Ramiz Yunus “Dağlıq Qarabağ da
daxil olmaqla bir çox problemimiz Azərbaycanın
demokratikləşməsindən keçir” dedikdə özünün erməni
qohumlarının gələcəyini nəzərdə tutur.
Asif Nərimanlı
https://asifnerimanli.wordpress.com/