Sərnişinlər 16 saat təyyarədə qalıblar

Sərnişinlər 16 saat təyyarədə qalıblar
03:32 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

"United Airlines" aviaşirkətinin sərnişinləri xəstə sərnişinə kömək məqsədilə başqa ərazidə enməyə məcbur olan təyyarənin salonunda 16 saat gözləməli olublar. Aviaşirkət bildirib ki, bu səbəbdən 179 nömrəli reyslə Nyuarkdan Honkonqa uçan təyyarə istiqamətini dəyişərək Kanadaya uçmalı olub.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kanadanın Qus-Bey aeroportunda təyyarəni qarşılayan təcili tibbi yardım briqadası xəstə sərnişini yerli xəstəxanaya çatdırıb. Lakin təyyarə mexaniki nasazlıq səbəbindən havaya qalxa və reys üzrə uçuşu davam etdirə bilməyib. Sərnişinlər üçün ən xoşagəlməz hal isə təyyarədən enə bilməmələri olub. Belə ki, axşam saatlarında gömrük xidmətinin olmaması səbəbindən onlara təyyarəni tərk etmək qadağan olunub. Sərnişinlər təyyarənin salonunda gecələməli olublar."United Airlines" aviaşirkətinin rəhbərliyi bildirib ki, sərnişinlərin Nyuarka qaytarılması üçün xilasedici təyyarə göndərilib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR