Xərçəng olmamaq üçün bunları ETMƏLİSİNİZ - Həkim AÇIQLADI

Mütəxəssislərin hesablamalarına görə, bu il bütün dünyada 18 milyondan artıq insana xərçəng diaqnozu qoyulub və bu xəstəlikdən ölənlərin sayı 9,6 milyona çatıb. Lakin ümidverici statistika da var: ilkin diaqnozdan sonra beş il yaşayanların sayı 43,8 milyona çatıb. Yəni, xüsusilə inkişaf etmiş ölkələrdə tibb irəliləməyə davam edir. Ümumilikdə bu xəstəlik yaşla əlaqədardır-xərçəng riski yaşla bərabər artır.

Tibb elmləri doktoru, onkoloq alim Adil Qeybulla Metbuat.az-a açıqlamasında deyib ki, xərçəng bədxassəli şişlərin ümumiləşdirilmiş adıdır. Xərçəng epitel toxumasından inkişaf edən bədxassəli şişdir. Bundan başqa birləşdirici toxumadan inkişaf edən sarkoma və onun çoxsaylı növləri mövcuddur. Bütün bədxassəli şişlər xərçəng adı altında ümumiləşdirilir. Xərçəngin əmələ gəlmə səbəbləri arasında ekoloji, içməli su, qida faktorları, stress əsas yer tutur.

2017-ci ilin statistikasına əsasən isə, ölkədə 45 756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır.

Həkim onkoloq Rəna Niftəliyeva isə deyir ki, xərçəng xəstəliyini yaradan səbəblərin başında siqaret və əhalinin düzgün qidalanmaması gəlir. Yəni insan 65 faiz xərçəng xəstəliyinə gedən yolu özü seçmiş olur. Yerdə qalan 30- 35 faiz səbəbin içərisində isə virus və bakterial infeksiyalar, irsi meyillik, kanserogen maddələr və s. yer tutur. Virus infeksiyalarından ən çox İnsan Papilloma Virusu (HPV) yayılıb. Bu uşaqlıq boynu, bəzən burun-udlaq xərçəngi yarada bilər. Bundan başqa Epiştey Bar dediyimiz virus var ki, bu da limfomaların, leykozun əmələ gəlməsinə səbəb olur. Hepatit B və Hepatit C virusları isə qaraciyər xərçənginə səbəb ola bilir. Mədədə yaşayan H.Pilori adlı bakteriya isə mədə xərçəngı törədə bilir.

İnsanlar çox zaman xərçəng xəstəliyini ekoloji faktorlarla əlaqələndirirlər. Əslində isə ətraf mühit və ekoloji faktorlar xərçəng əmələ gətirən səbəblər arasında 7-8-ci sırada yer alır.

Həkim-fitoterapevt Sadıq Salami mövzu ilə bağlı açıqlamasında deyib ki, xərçəng xəstəliyindən qorunmaq üçün ilk növbədə duzlu, acı, turş şirin qidaları rasiondan çıxartmaq, yağlı, qızardılmış yeməklərdən, xəmir xörəklərindən imtina etmək lazımdır. Fəst fud qidalardan, kolbasa-sosiska məmulatlarından uzaq durmaq lazımdır. Kök, balıq, balqabaq, çuğundur, kələm, gül kələmi, brokkolini çiy halda yemək lazımdır. Daha çox göyərti və tərəvəz məhsulları, meyvələr istehlak edilməlidir.

Həkim əlavə edib ki, qara zirə yağı rasiona əlavə edilməli, ağ çörək rasiondan çıxarılmalıdır. Salatlara rafinə olunmamış zeytun yağı və limon şirəsi əlavə edilməlidir.

Aysel Yaqubqızı / Metbuat.az

"İmplant əks reaksiya verərsə, dərhal çıxartmalıyıq" - Travmatoloq-ortoped


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR