"Bu gün övladlığa verilmədə əsas problem 4-5 yaşdan yuxarı uşaqlarla bağlıdır".
Publika.az-ın xəbərinə görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.
S.Qocayev bildirib ki, ailələr əsasən daha azyaşlı uşaqları
götürmək istəyir.
"Bundan başqa ailə uşağından imtina etmirsə, müəssisədə olan həmin
uşaqların da övladlığa verilməsi mümkün olmur. Bizim əsas
məqsədimiz isə uşaqların öz ailələrinə qaytarılmasıdır. Bu
istiqamətdə ailələrə dəstək olunacaq. Bunun üçün uşağın müəssisəyə
yerləşdirilməsi səbəbi araşdırılacaq. Bu ailələrin özünəməşğulluq,
məşğulluq prosesi, peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur.
Eyni zamanda maddi vəziyyətdən asılı olaraq uşaqların müəyyən
xərclərinin qarşılanması üçün dəstək, icbari sığortadan
yararlanması üçün baza mexanizmləri hazırlanır. Hər bir uşaqla
fərdi qaydada iş aparılacaq. Əsas məqsəd uşaqların öz ailələrinə
qaytarılması üçün dəstək olmaqdır. Bütün bu dəstəkdən sonra uşağına
lazımı şərait yaratmayan valideynlər bu hüquqdan məhrum
ediləcək”.