Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı iddialara münasibət bildirib.Milli.Az report-a istinadən xəbər verir ki, o, bu fikirlərlə razı olmadığını deyib. "İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, logistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar", - M.Abbaszadə vurğulayıb. O əlavə edib ki, bəzi hazırlıq kursları DİM-in təşkil etdiyi sınaq imtahanlarına öz müəllimlərini, dinləyicilərini göndərirlər: "Onlar da imtahandan kitabçanı götürürlər və sonra həmin material əsasında intellektual məhsulumuzu istifadə edirlər. Nəticədə bəzi kurslar elmi işə heç bir vəsait sərf etmirlər". Milli.Az