Pəncə masajının onurğa sütununa İNANILMAZ FAYDASI – FOTO

Pəncə masajının onurğa sütununa İNANILMAZ FAYDASI – FOTO
22:03 26 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Pəncə masajı onurğa sütununda bütün gərginliyi aradan qaldırır.

Publika.az xəbər verir ki, ilk növbədə pəncədə “onurğa sütunu” adlanan nahiyəni tapmaq lazımdır. Yerdə oturub bir pəncəni əlinizə alıb baş barmağın altı boyunca uzanan hissəyə diqqət yetirin. Bu xətt onurğa sütununun proyeksiyasıdır. Vizual olaraq bu hissəni bölün: omba sümüyü, bel, döş və boyun. Baş barmaqla bu xətti daban istiqamətində basın. Əgər onurğa sütununda problemlər varsa, onda onların əksini burada asanlıqla tapacaqsınız. Onlar bəzən ağrı şəklində sərt nöqtə kimi hiss olunur. Bu nöqtələri masaj etməklə siz birbaşa onurğa sütununa təsir göstərmirsiniz. Siz daha yaxşı iş görürsünüz: onurğa sütununda gərginlik yaradan sinir nöqtələrini zəiflədirsiniz. Ümumi zəiflədici effekt artıq birinci dəfədən müşahidə olunur.

Bəs daban daxili orqanlarla necə bağlıdır?

Bunda heç bir mistika yoxdur. Sadəcə ayağın altında 72 min sinir sonluğu (72 min energetika kanalı) toplanır. Ovuc içi və pəncələr müvafiq olaraq vəziyyəti (temperatur, rütubət və bir çox başqa şeylər) qiymətləndirir və bu barədə birbaşa bütün orqanlara - bədən sistemlərinə "məlumat verir". Bunun sayəsində termo-prosesləri, nəm balansı və başqa proseslər bizim şüurumuzun müdaxiləsi olmadan reallaşır. Odur ki, yalnız pəncələri masaj etməklə bütün bədəni rahatlaşdıra bilərik. Məsələn, ayaqları isti suya saldıqda dərhal bütün əsəb sistemi sakitləşir. Pəncələri isidib ilıq corabları geyindiyimiz zaman bütün bədən isinməyə başlayır. Pəncələri masaj etməklə siz ağrını aradan qaldıra, bütün orqanların və orqanizm sistemlərinin vəziyyətini yüngülləşdirə bilərsiniz.

Sol ayağın refleks nöqtələri

Sağ ayağın refleks nöqtələri

Masajın tətbiqi

İlk növbədə əlləri və ayaqları isti su ilə yuyub dəsmalla qurulayın. Yerdə oturub bir qədər bitki yağı sürtüb masaja başlayın. Əvvəlcə hər iki pəncəni yağla isidin. Sonra isə pəncələrin hər birini ayrı-ayrılıqda ovun. Dabandan başlayıb barmaqlara doğru irəliləyin, daha sonra əks istiqamətdə hərəkət edin. Növbəti mərhələdə barmaqları tək-tək çevirin və dartın. Bir neçə dəfə pəncəni böyürdən basın. Sonra refleks nöqtələrini masaj edin. Bu, adətən baş barmaqla güclü basaraq dairəvi hərəkətlərə yerinə yetirilir. Bütün bunlardan sonra bütün pəncəni sığallayın. Rahatlamış pəncəni əlinizə alıb oynaqları hazırlayaraq bükün. Bu zaman ayağa yük düşməməlidir, bütün hərəkət sadəcə əllə etməlidir.

Daban sümüyü masajı

Bu, çox rahatdır və daha az güc tələb edir, nəinki əllə barmaq masajı. Bardaş qurub ayağın altını masaj edin. Ovuc içi ilə basmaqla əlavə təzyiq yaratmaq olar.

Tezlik və müddəti

Hər ayağın optimal masaj müddəti hər gün olmaqla 5 dəqiqədir. Bu zaman nəticəsini çox gözləməli olmayacaqsınız.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/267512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR