Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Publika.az xəbər verir ki, “qırmızı-qaralar”ın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışındakı son rəqibi Macarıstanın MTK klubu olub.
“Titanik” otelinin meydançasında keçirilən Budapeşt təmsilçisi
ilə matç əlvərişsiz hava şəraiti ilə əlaqədar öncədən nəzərdə
tutulduğundan 20 dəqiqə gec – Bakı vaxtı ilə saat 19:20-də
başlayıb.
Beş qolun qeydə alındığı matç “Qəbələ”nin qələbəsiylə başa
çatıb.
“Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.
Yoxlama oyunu
26 yanvar
Qəbələ – MTK (Macarıstan) 3:2
Qol: Cavid Hüseynov, 40-pen. Lalavele Atakora, 74. Sabien Lilay,
79.
“Titanik” otelinin meydançaları
Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3.
Voyislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 14. Cavid
Hüseynov (K), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven
Monroz, 34. Urfan Abbasov, 99. Davit Volkovi
Ehtiyat oyunçular: 35. Murad Popov, 30. Anar
Nəzirov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev,
11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 35.
Josiel, 79. Kayo Neves, 88. Sabien Lilay.