İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar.1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.Milli.Az ölkə.az-a istinadən izi-tozu bilinməyən nasist liderləri haqqında geniş yazının dördüncü hissəsini təqdim edir.Henrix MüllerYoxa çıxan nasistlərdən biri də SS qruppenfüreri Henrix Müllerdir. Bu məsələdə də Bormanın cinayət işində olduğu kimi əsas sual Müllerin sağ qalıb-qalmamasıdır.Tarixi faktlara baxsaq, Müllerin sağ qaldığı barədə şahid ifadələri çoxdur. Bundan başqa rəsmi sənədlərə əsasən, Hitlerin təyyarələrindən biri 1945-ci ilin aprel ayında Mülleri İsveçrə ilə sərhəd rayonlarından birinə aparıb. Burada isə ona heç kəs və heç nə plastik əməliyyat etmək, məxfi hesablarda olan pul ilə yaşamağa mane olmurdu.Nəticədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Müllerin izinə düşdü. Onlar əvvəlcə Villi Krixbaumanı izləməyə başladılar. Villi müharibə illərində Müllerin adamı olub və müntəzəm olaraq onunla görüşüb. Müharibədən sonra isə Krixbauman BND (Almaniya kəşfiyyat qurumu) tərəfindən öz tərəflərinə çəkildi.Məlumata əsasən, Müllerin işçilərindən biri, SS ştandartenfürer Fridrix Pantsinger müharibədən sonra BND üçün işləməyə başladı. İkinci dünya müharibəsində Pantsinger sovet kəşfiyyatçılarının və onların alman həmkarlarının axtarışı ilə məşğul olub. 1942-ci ildə Fransa və Belçika ərazisində sovet agenturasının ifşa edilməsi məhz onun əməyi nəticəsində baş verib.Gelen (BND-nin rəhbəri) Mülleri də idarəsinə işə götürmək istəyirdi. Çünki Müller bir çox məlumata sahib idi. Amma Müllerlə MKİ də maraqlanırdı. Tezliklə amerikalılar Müllerə daha yaxşı təklif göndərdilər. Amerikalı jurnalist Qreqori Duqlas Müller və MKİ əməkdaşı arasında əlaqə olduğuna dair sənədlərin axtarışı ilə məşğul olub.MKİ Müllerin sovet kəşfiyyatına aid hər şeyi əla analiz etdiyinə əmin olduqdan, Almaniyadan götürdüyü məxfi sənədlərin çox qiymətli olduğunu anladıqdan sonra MKİ əməkdaşı olmağı təklif etdi. Duqlasın fikrinə görə, Müller bu təklifə razılaşıb və bun Müllerin tapılan gündəliyi də sübut edir. Gündəlikdə Müller amerikalı qadınla toyundan və MKİ sədri Quverlə, senator Makartni və prezident Trumenlə görüşündən yazıb.Amerikalı jurnalistin yazdıqlarını ciddi qəbul etməmək olar. Amma Amerika kəşfiyyatının Müllerin yerini bildiyi faktı ortadadır. Bundan başqa, MKİ əməkdaşları şəxsi axtarışlar da aparıblar. Eyni zamanda ABŞ kəşfiyyatının rəhbərliyi Müllerlə bağlı bütün informasiyanı çox məxfi saxlayırdı.
Müllerlə bağlı başqa bir versiya isə, onun sovet kəşfiyyatı ilə əməkdaşlıq etməsidir. SS-in briqadenfüreri Şellenberq xarici kəşfiyyat qurumunun rəhbəri olub. O, iddia edir ki, ikinci dünya müharibəsinin ortalarında sovet kəşfiyyatı Mülleri öz tərəflərinə çəkə biliblər. Müharibə başa çatdıqdan sonra isə Müller kommunist partiyasına daxil olub və 1948-ci ildə onu Moskvada görüblər. Amma bu iddialarla bağlı konkret faktlar yoxdur.Amma Şellenberqin iddiaları Rudolf Barakın danışdıqları ilə üst-üstə düşür. Rudolf 1950-ci illərdə Çexoslovakiya kəşfiyyatının rəhbəri olub. O dövrün KQB sədri Serov və onun əməkdaşlarının tapşırığı ilə Müllerin Argentinadan Moskvaya aparılması əməliyyatına rəhbərlik edib. Sovet kəşfiyyatçıları müəyyən etdilər ki, Müller Kordovada yaşayır və müntəzəm olaraq yaşayış yerini dəyişir.Məlum oldu ki, Müller ispan dilini elə də yaxşı bilmir. Onun Argentinadakı fəaliyyəti barədə də elə çox məlumat yoxdur. O, bizneslə də məşğul ola bilərdi amma bunu təsdiq edən faktlar yoxdur. Barakın əməkdaşları Müllerin etibarını qazana bildilər. Çex kəşfiyyatçıları onun həqiqətən də axtardıqları Müller olduğunu biləndə, çaxırla dolu qədəhinə yuxu dərmanı qatdılar və təyyarə ilə keçmiş nasisti Praqaya apardılar. Sonra isə onu Moskvaya yola saldılar.
Barak əmin idi ki, Müller KQB ilə əməkdaşlıq edir. Amma konkret faktlar yoxdur. Müllerin 1945-ci ilin may ayında Berlində öldüyünü sübut edən faktlar yoxdur. Çünki Berlində onun dəfn edildiyi deyilən qəbiri 1963-cü ildə açdılar və orada üç skelet aşkar etdilər. Analizlər göstərdi ki, onlardan heç biri Müllerə məxsus deyil. Bu səbəbdən Müllerin ölüm məsələsi hələ də şübhə altındadır...Milli.Az