Konqo Demokrati Respublikasının Yumbi şəhərində 50-dən çox kütləvi məzarlıq tapılıb.Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məzarlarda sayı 5-dən başlayaraq 100-ə qədər olan cəsədlər tapılıb.Hazırda cəsədlərin ümumi sayını müəyyənləşdirməyin çətin olduğu açıqlanıb.Kütləvi məzarlıqlarda basdırılanlar etnik zəmində qətlə yetirilən şəxslərdir.Qeyd edək ki,ötən il 16-19 dekabr tarixlərində baş verən etnik müharibədə ən az 890 nəfər ölüb. Toqquşmalar zamanı 465-dən çox ev və iş yeri yandırılıb.Milli.Az