Yanvarın 22-də Murmansk vilayətində Olenqorsk şəhəri yaxınlığında Rusiyaya məxsus Tu-22M3 markalı strateji bombardımançı təyyarə qəzaya uğrayıb.

Metbuat.az musavat.com-a istinadən bildirir ki, həmin qəzanın görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Videogörüntünün hərbçilərdən biri tərəfindən çəkildiyi ehtimal olunur.

Hadisə sis-duman içində olan ərazidə sıfır görüntü zamanı baş verib. Təyyarə hava limanına enərkən yerə çırpılıb, iki yerə bölünüb və dərhal alovlanıb.

Təyyarəni idarə edən 4 pilotdan 3-ü ölüb, kapitan isə möcüzə nəticəsində xilas olub. Hazırda o, ciddi yaralarla xəstəxanada müalicə olunmaqdadır.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hadisə təlim uçuşu zamanı baş verib. İnsident baş verəndə təyyarədə "Kh-22" gəmiyə qarşı uzaqmənzilli raket və havadan atılmaq üçün bir neçə yüz ədəd top mərmisi olub.

Qəzaya uğrayan təyyarə 33 il öncə hərbçilərin istismarına verilib.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla