Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diareya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə, bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. ABŞ-da il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250 min insan xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir.
Metbuat.az xəbər verir ki, yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilmədiyi üçün baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatına son qoyur.
Həkim fitoterapevt Sadıq Salami deyir ki, ishal zamanı pəhriz vacibdir. Ud hindi, palıd qabığı, qaragilə meyvəsi, nar qabığı, dazıotu bitkiləri ishal zamanı müalicəvi təsirə malikdir. Diareya zamanı orqanizm çoxlu maye itirdiyi üçün maye qəbul etmək lazımdır. Koffeinləşmiş və spirtli içkilərdən qaçmaq məsləhət görülür.
Aysel Yaqubqızı / Metbuat.az